...

Göygöldə yaşayış evi uçub, 1 nəfər uçqun altında qalıb

Hadisə Materials 15 Avqust 2023 22:55 (UTC +04:00)
Göygöldə yaşayış evi uçub, 1 nəfər uçqun altında qalıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti