...

Göygöldə ev uçqunu zamanı dağıntılar altında qalan şəxsin axtarışları davam edir - FHN (VİDEO)

Hadisə Materials 16 Avqust 2023 01:52 (UTC +04:00)
Göygöldə ev uçqunu zamanı dağıntılar altında qalan şəxsin axtarışları davam edir - FHN (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.

Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti