...

Sumqayıtda radiasiya aşkarlanıb

Hadisə Materials 9 Sentyabr 2023 20:40 (UTC +04:00)
Sumqayıtda radiasiya aşkarlanıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti