...

Zərdabda yol-nəqliyyat hadisəsində "Niva" yanıb

Hadisə Materials 9 Oktyabr 2023 09:42 (UTC +04:00)
Zərdabda yol-nəqliyyat hadisəsində "Niva" yanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zərdab rayonunun Şahhüseynli kəndində “Niva” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti