...

Şəmkirdə soyuducu anbarı yanıb

Hadisə Materials 5 Noyabr 2023 10:03 (UTC +04:00)
Şəmkirdə soyuducu anbarı yanıb

Bakı. Trend:

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bayramlı kəndində ümumi sahəsi 700 m² olan soyuducu anbarının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti