...

Bakıda ev yanıb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 11 Noyabr 2023 14:30 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 210 m² (hər mərtəbəsi 105 m²) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində sahəsi 30 m² olan otağın tavanı 20 m² sahədə, 3 ədəd pəncərə çərçivəsi və ev əşyaları qismən yanıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı 1-i uşaq olmaqla 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti