Bakı. Trend:
Bərdə şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqdan ibarət ofisin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, 1 otağın yanar konstruksiyaları 18 m² sahədə, digər otağın tavanı 8 m² sahədə, 2 ədəd kondisioner və 1 ədəd televizor yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, ofisin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.