...

Goranboyda 30 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 29 Dekabr 2023 00:36 (UTC +04:00)
Goranboyda 30 yaşlı kişi bıçaqlanıb

Bakı. Trend:

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Yeni Qəsəbə adlanan ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 1993–cü il təvəllüdlü Namiq İsalı bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti