...

Rusiyada İES-də partlayış olub, 16 nəfər xəsarət alıb

Hadisə Materials 6 Mart 2024 08:08 (UTC +04:00)
Rusiyada İES-də partlayış olub, 16 nəfər xəsarət alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə Rusiya Federasiyasının Tıva Respublikasının Uluq-Xem rayonundakı Şaqoran İES-də baş verib.

Trend-in məlumatına görə, bu barədə Uluq-Xem rayon administrasiyasının sədr müavini Buyan Maskır bildirib.

Onun sözlərinə görə, obyektdə olan qalan şəxslərin vəziyyəti normaldır.

Tıva hökuməti bu məlumatı təsdiqləyib, yaralananların vəziyyəti dəqiqləşdirilir. Bildirilib ki, Şaqoran İES-də dörd qazanxananın heç biri zədələnməyib və ştat rejimində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti