...

Şəmkirdə iki minik avtomobili toqquşub - Ölən var

Hadisə Materials 24 Mart 2024 05:41 (UTC +04:00)
Şəmkirdə iki minik avtomobili toqquşub - Ölən var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAz" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti