...

Jurnalist Sərxan Kamallı vəfat edib

Hadisə Materials 17 İyun 2024 09:42 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Jurnalist Sərxan Kamallı vəfat edib.

Bu barədə Trend-ə jurnalistin müalicə aldığı xəstəxanadan məlumat verilib.

"1983-cü il təvəllüdlü jurnalist Sərxan Kamallı 16.06.2024 tarixdə saat 06:25-də insult səbəbilə Xətai Tibb Mərkəzinin Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə və çoxsaylı tibbi müdaxilələrə baxmayaraq, 17.06.2024 07:15-də beyindaxili qansızma, sol tərəfli hemiplegiya, baş-beyin ödemi, ağciyər ödemi səbəbindən dünyasını dəyişib", - məlumatda deyilir.

Qeyd edək ki, Sərxan Kamallı insult keçirərək komaya düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti