...

Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanıldı

Hadisə Materials 18 İyun 2024 20:48 (UTC +04:00)
Bakıya külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs saxlanıldı

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən Rabil Məmmədov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, R.Məmmədovdan 6 kiloqram marixuana, 1 kiloqram metamfetamin, əlavə olaraq heroin və 70 ədəd metadon həbi aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə edərək maddi qazanc müqabilində paytaxt ərazisinə çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti