...

İki nəfər çayda batdı

Hadisə Materials 16 İyul 2024 20:07 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki nəfər çayda batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Zərdab şəhərindən keçən hissəsində 1 nəfər batıb.

Bundan başqa, FHN-ə Lənkəran şəhəri, Velədi kəndində çayda 1 nəfərin ması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti