...

Xalq artisti Ağadadaş Ağayev balta ilə adam vurdu - RƏSMİ AÇIQLAMA

Hadisə Materials 23 İyul 2024 11:15 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan xəbərlər barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Trend-ə bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti