...

Metroda qatar yoluna düşən sərnişin ölüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 3 Oktyabr 2024 15:43 (UTC +04:00)
Metroda qatar yoluna düşən sərnişin ölüb (ƏLAVƏ OLUNUB)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Metronun "28 May" stansiyasında qatar yoluna düşən sərnişin ölüb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"Sərnişin qatarın altından çıxarılıb. Əfsuslar olsun ki, dünyasını dəyişib", - deyə B.Məmmədov bildirib.

Onun sözlərinə görə, qatarların hərəkətində ümumi yubanma 17 dəqiqə təşkil edib.

"Qısa müddət ərzində qatarların hərəkəti bərpa olunub", - deyə B.Məmmədov əlavə edib.

XXX

15:38

Metronun "28 May" stansiyasında bir nəfər qatar yoluna düşüb.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

O bildirib ki, qatarın maşinisti dərhal əyləci sıxıb. Yüksək gərginlik çıxarılıb.

Hazırda sərnişinin stansiya yolundan çıxarılması üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti