...

Xaçmazda ağır qəza - Ölənlər var

Hadisə Materials 11 Oktyabr 2024 17:34 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti