...

Bakıda tamet sexində baş verən yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 16 Mart 2025 09:53 (UTC +04:00)
Bakıda tamet sexində baş verən yanğın söndürülüb (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektdə yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində tamet sexində baş verən yanğının genişlənməsinin və bitişik obyektlərə keçməsinin qarşısı alınıb. Alov qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 150 kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisindəki rezin qəliblər 65 kv.m sahədə yanıb. Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti