...

Qatarın qarşısına qəfil çıxan bir nəfər xəsarət alıb

Hadisə Materials 24 May 2025 22:26 (UTC +04:00)
Qatarın qarşısına qəfil çıxan bir nəfər xəsarət alıb

Bakı. Trend:

Bu gün axşam saatlarında Zabrat 2 - Sabunçu sahəsində hərəkətdə olan qatarın qarşısına qəflətən bir nəfər çıxıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Ərazidəki əməkdaşlar tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və həmin şəxs xəstəxanaya aparılıb.

ADY bir daha insanları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti