...

OĞRULAR MERCEDES-İ UŞAQLA BİRGƏ OĞURLAYIBLAR

Hadisə Materials 26 Sentyabr 2005 15:05 (UTC +04:00)

(İBK.ru) Dünən axşam Moskvada salonunda yaşyarımlıq azərbaycanlı körpənin olduğu Mercedes-600 avtomobili oğurlanıb.

Məlum olub ki, axşam saat 22.10-da 1978-ci il təvəllüdlü Azərbaycan sakini içərisində yaşyarımlıq körpə olan "Mersedes-600" avtomobilini Vernard prospektində saxlayaraq şəkil çəkdirməyə gedib. Bu zaman ata açarları maşında qoyub. Qəribə deyil ki, o qayıdanda nə maşını, nə də uşağı tapa bilib.

Oğurlanma faktı üzrə Moskvanın cənub-qərbində "Adam oğurluğu" maddəsi üzrə cinayət işi qaldırılıb. Şəhərdə "Yaxalama" planı elan edilib.

Xəbər lenti

Xəbər lenti