...

SENTYABRIN 26-NA OLAN KRİMXRONİKA

Hadisə Materials 27 Sentyabr 2005 15:24 (UTC +04:00)

Sentyabrın 26-da daxili işlər orqanrları tərəfindən 26 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 24-nün üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 25 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti