...

Noyabrın 9-na krimxronika

Hadisə Materials 10 Noyabr 2005 14:24 (UTC +04:00)

Noyabrın 9-da daxili işlər orqanrları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 2 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 27 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti