...

Dekabrın 11-nə olan krimxronika

Hadisə Materials 12 Dekabr 2005 14:45 (UTC +04:00)

Dekabrın 11-də daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 14-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər yaralanıb. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, silah-sursatla əlaqəli 1 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 22 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti