...

Ələt –Astara magistralında insan tələfatı ilə nəticələnən ağır avtomobil qəzamı baş verib

Hadisə Materials 3 Fevral 2006 14:23 (UTC +04:00)

Bu gün səhər saat 7.30 radələrində Ələt-Astara yolunun 42-ci km-də Salyan rayonunun Yenikənd kəndi ərazisində dəhşətli avtomobil qəzası baş verib. Trend xəbər verir ki,. Səlyan rayonunun Qarabağlı kəndindən Bakıya sərnişin daşıyan QAZEL markalı 10HD340 dövlət nömrə nişanlı, həmin kəndin sakini 1966-cı il təvəllüdlü Elhan Elman oğlu Əhədovun idarə etdiyi mikroavtobus qarşıdan gələn Cəlilabad rayon sakini Əlfağa Əşrəf oğlu Səfərovun idarə etdiyi Kamaz markalı 15BE 279 nömrə nişanlı yük maşını ilə toqquşub. Hadisə nəticəsində mikroavtobusun sərnişinlərindən 6 nəfəri yerindəcə həlak olub. QAZELin sürücüsü və digər 6 yaralı sərnişin isə Salyan mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəhanadan verilən məlumata görə, yaralarılardan 3-nün vəziyyəti ağır, 4 nəfərinin vəziyyəti isə orta ağırdır. İlkin ehtimala görə, qəzaya səbəb QAZEL-in sürücüsünün səhlənkarlığı olub. Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti