Fevralın 2-də daxili işlər orqanları tərəfindən 40 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 33-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 8 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 16, silah-sursatla əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 32 nəfər həbs edilib.