...

Azərbaycanda mazutla doldurulmuş 15 vaqon relsdən çıxıb

Hadisə Materials 5 İyun 2006 18:50 (UTC +04:00)

Gürcüstana göndərilən M-40 markalı mazutla dolu 34 vaqondan 15-i qəza nəticəsində relsdən çıxıb. Nəqliyyat Nazirliyindən Trend ə verilən məlumata əsasən, qəza Azərbaycanın Hacıqabul rayonunda, Muğanlı stansiyası yaxınlığında baş verib.

Sisternlər qatarın hərəkətə gəlməsindən 5 dəqiqə sonra relsdən çıxıb.

Nəticədə yükü müşayiət edən şirkətin bir əməkdaşı ağır vəziyyətdədir. Nazirlikdən verilən məlumata əsasən, maşinistlər arasında xəsarət alanlar var.

Hazırda marşrut üzrə hərəkət tam bərpa olunub.

İrəli sürülən versiyaya görə, qəza yüksək hava hərarəti ilə əlaqədar relslərin genişlənməsi nəticəsində baş verib.

Hadisə yerində komissiya işləyir. Bundan əlavə, nəqliyyat naziri Ziya Məmmədov və Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi Arif Əsgərov da qəza yerindədir.

Xəbər lenti

Xəbər lenti