Avqustun 13-də axşam saat 21.00 radələrində Sumqayıtdakı çimərlikdən aşkar edilmiş meyitin şəxsiyyəti araşdırılarkən məlum olub ki, o, Sumqayıt Şəhər Polis İdarəsi İstintaq İdarəsinin müstəntiqi Soltan İbadovdur. Bu barədə Trend ə Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məlumat verilib.
İlkin versiyaya görə, S.İbadov suda boğulub. Belə ki, meyitə ilkin baxış zamanı heç bir xəsarət aşkar edilməyib. Ölüm faktı ilə əlaqədar araşdırma aparılır.