...

Bakıda katolik kilsəsində yanğın baş verib

Hadisə Materials 10 Aprel 2007 18:06 (UTC +04:00)
Bakıda katolik kilsəsində yanğın baş verib

Azərbaycan. Bakı/ Trend müxbir S.Ağayeva/ Çərşənbə axşamı səhər saat 11 radələrində Bakının Fəhlə prospektindəki katolik kilsəsində yanğın baş verib. Roma katolik kilsəsinin Azərbaycandakı nümanyəndəsi Yan Çaplanın verdiyi məlumata görə, yanğını işçi və mühafizəçilər aşkar edib. Məbədə daxil olan zaman onlar tüstü və alovla qarşılaşıblar ki, bunu da söndürmək mümkün olub.

Hadisə yerinə Bakının Xətai rayon polis idarəsinin rəhbərliyi, Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi gəlib.

Fakt üzrə paytaxtın Xətai RPİ 37-ci polis bölməsində araşdırma başlanılıb. Baş Dövlət Yanğından Mühafizə İdarəsindən isə tüstülənmə barədə məlumat verilsə də, detallar açıqlanmayıb.

Aprelin 29-da kilsə fəaliyyətə başlamalı idi.

Xəbər lenti

Xəbər lenti