...

Bakıda jurnalistlərin icazəsiz yürüş-mitinqi keçirilib

Hadisə Materials 17 Aprel 2007 16:27 (UTC +04:00)
Bakıda jurnalistlərin icazəsiz yürüş-mitinqi keçirilib

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azəbaycanın bır sıra qəzet jurnalistlərinin çərşənbə axşamı Bakıda icazəsiz yürüş-piket keçirmək cəhdi baş tutmayıb. "Azadlıq", "Yeni Müsavat", "Bakı xəbər", "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" və digər qəzetlərin nümayənədələrinin keçirdiyi aksiyada müstəqil mətbuata, jurnalistlərə edilən təzyiqlərə, onların məhkəməyə cəlb olunmasına etirazlarını bildiriblər.

Sabir bağı ərazisində keçirilməsi nəzərdə tutulan aksiya icazəsiz olduğundan yürüşçülər İçərişəhər ərazisində toplaşıblar və qəbul etdikləri qətnaməni oxumağa nail olublar. Qətnamədə mətbuata qarşı təzyiqlərə son qoyulması, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu qətlə yetirənlərin cəzalandırılması kimi tələblər əksini tapıb.

Yürüş-mitinq zamanı insident baş verməyib. Polis aksiya iştirakçılarının hərəkətlərını kənardan müşahidə edib.

Xəbər lenti

Xəbər lenti