...

Azərbaycanda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 7 May 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Ş.Əlizadə/ Azərbaycanın Yevlax-Ağdam magistral avtomobil yolunun 20-ci kilometrində Bərdənin Bakı küçəsi ərazisində ötən gecə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bərdə şəhər sakini İsgəndər Cəfərovun idarə etdiyi 09 BA 999 dövlət nömrə nişanlı VAZ 099 markalı avtomobillə həmyerlisi Ramiz Məhərrəmovun idarə etdiyi 10 TR 519 dövlət nömrə nişanlı "Nexia" markalı maşın toqquşub. Nəticədə hər iki sürücü ilə yanaşı VAZ 099 markalı avtomobildə olan sərnişinlər Ayna Abdullayeva, Ağasəf Cəfərov, Sara Abdullayeva müxtəlif bədən xəsarəti ilə Bərdə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Trovmotologiya şöbəsinin müdiri Qəmbər Qəmbərovun verdiyi məlumata görə, ağır vəziyyətdə olan Ağasəf Cəfərov xəstəxanada dünyasını dəyişib. Qalan dörd yaralının vəziyyəti orta ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti