...

İtkin düşən bacıların axtarışı ilə bağlı Samur-Abşeron kanalının bir hissəsi bağlanıb

Hadisə Materials 9 Avqust 2007 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ " , müxbir K. Zərbalıyeva/ Dəvəçinin Dağ Brizi kəndində itkin düşmüş iki bacının axtarışı davam edir. Dəvəçi rayn polis şöbəsinin rəisi Nizami Sadıqov cümə axşamı Trend ə bildirib ki, axtarışla bağlı Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun tapşırığı ilə dünəndən Samur-Abşeron kanalının Qusar ərazisindəki hissəsi müvəqqəti bağlanıb. Qızların meyitlərinin həmin kanalda olduğunun guman edildiyini deyən polis rəisi hazırda rayonun hüquq-mühafizə orqanlarının kanalda axtarışı davam etdirdiklərini bildirib. Rəis hadisə ilə bağlı hər hansı yeni məlumat əldə olunacağı halda ictimaiyyətə ətraflı informasiya veriləcəyini vurğulayıb.

Dəvəçi rayon prokuroru Faiq Rzayev isə Trend ə bildirib ki, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Hadisə ilə bağlı şübhəli şəxs qismində saxlanılan olmadığı rəsmi bildirilsə də, qeyri-rəsmi məlumatlara görə, bu faktla bağlı bir neçə nəfər saxlanılıb.

Bacılar avqustun 6-da böyürtkan yığmağa gedib. Onların qayıtmadığını görən qohumları Dəvəçi rayon polis şöbəsinə müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti