...

Siyəzən rayonu ərazisindən Nailə Məcidovanın meyiti tapılıb

Hadisə Materials 9 Avqust 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Bu gün Samur-Apşeron kanalının Siyəzən rayonu ərazisində 3 gündür itkin düşmüş Nailə və Reyhanə Məcidova bacılarının meyitlərinin axtarışı ilkin nəticə verib. Günün birinci yarısında kanalın Siyəzən rayonu ərazisində 15 yaşlı Nailə Məcidovanın meyiti tapılıb. Rayon prokuroru Faiq Rzayevin verdiyi məlumata görə, 2-ci meyitin də axtarışları davam etdirilir. Bacıların ölümündə şübhəli bilinən Dəvəçi rayon Qalagəh kənd sakini Təfəkkür İsmaylov barəsində cəza növü seçilməsi üçün Dəvəçi Rayon Məhkəməsinə müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti