...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılmış daha bir nəfərin şəxsiyyəti müəyyənləşib

Hadisə Materials 7 Sentyabr 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ. Əlizadə/ Trend in müxbirinin hadisə yerindən verdiyi mlumata görə, Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılmış daha bir nəfərin şəxsiyyəti müəyyənləşib. Bu, Cəfərov Akifdir.

Akif Cəfərov 1967-ci ildə anadan olub və tikintidə işləmək üçün Bakıya Azərbaycanın Kürdəmir rayonundan gəlib.

Ehtimal olunur ki, hələ də dağıntılar altında qalan son mərhum cəsədi Azərbaycanın Səlyan rayonundan olan Elnur Mürsəlova məxsusdur.

Avqustun 28-i təxminən 18:00 radələrində Bakının Yasamal rayonunda Murtuza Muxtarov 185 ünvanında "Mütəfəkkir" MMC tərəfindən inşa olunan 16 mərtəbəli bina uçub. Dağıntılar altından 24 nəfər çıxarılıb, beş nəfər xəsarət alıb. Binanın dağıntıları altında hələ 1 nəfərin olması güman edilir.

28 avqust 2007-ci il tarixində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 222.2 və 222-1.2 -ci maddələri ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikmə) cinayət işi açılıb, prokurorluq və FHN-nin əməkdaşlarından ibarət operativ-istintaq qrupu yaradılıb.

Hadisə ilə əlaqədar "Mütəfəkkir" şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, podratçılar Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və üç ay müddətində azadlıqdan məhrum ediliblər.

Çərşənbə günü daha bir nəfər saxlanılıb. Çərşənbə günü Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, Yasamal rayon məhkəməsi Bakı İcra Hakimiyyətinin Yaşayış Kooperativi İdarəsinin rəisi Akif Məhərrəmov Azərbaycan Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə üç ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti