...

ABŞ-da Tutanhamonun sərdabəsindən tapılmış bəzək əşyalarının sərgisi açılıb

Maraqlı Materials 3 Yanvar 2012 10:51 (UTC +04:00)
ABŞ-da ilk dəfə olaraq məşhur Misir fironu Tutanhamonun sərdabəsindən aşkar edilən xəzinənin sərgisi açılıb.
ABŞ-da Tutanhamonun sərdabəsindən tapılmış bəzək əşyalarının sərgisi açılıb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da ilk dəfə olaraq məşhur Misir fironu Tutanhamonun sərdabəsindən aşkar edilən xəzinənin sərgisi açılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xarici KİV-ə istinadən xəbər verir.

"Maraqlı sərgi sizi zaman səyahətinə, iki min əvvəl fironların hökmdarlığı dövrünə səfərə dəvət edir", - Texasın Hyuston şəhərindəki İncəsənət Muzeyində açılan sərginin təşkilatçıları bildiriblər.

Exnatonun oğlu Tutanhamonun sərdabəsi məşhur Britaniya arxeoloqu Hovard Karter tərəfindən 1922-ci ildə Luksor yaxınlığındakı Çarlar Vadisində qarət olunmamış vəziyyətdə aşkar edilib. Məzarda hazırlanmasına nəhəng miqdarda qiymətli metalın sərf edildiyi çox böyük xəzinə olub. Sərdabədə tapılan təkcə qızıl məmulatları və bəzəklərin ümumi çəkisi 1,2 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti