...

Adi infraqırmızı test xərçəngi ilk simptomlardan xeyli əvvəl aşkara çıxarır

Maraqlı Materials 23 Fevral 2012 14:55 (UTC +04:00)
İsrailin Ben-Qurion Universitetinin və Soroka Universitetinin Tibb mərkəzinin alimləri xərçəngin müxtəlif növlərinin inkişafını ilkin mərhələdə aşkara çıxaran sadə qan testi yaradıblar.
Adi infraqırmızı test xərçəngi ilk simptomlardan xeyli əvvəl aşkara çıxarır

Azərbaycan, Bakı, 23 fevral / Trend, müxbir X.Murtuzayeva/

İsrailin Ben-Qurion Universitetinin və Soroka Universitetinin Tibb mərkəzinin alimləri xərçəngin müxtəlif növlərinin inkişafını ilkin mərhələdə aşkara çıxaran sadə qan testi yaradıblar. Trend-in məlumatına görə, bu barədə "The Times of India" qəzeti xəbər verir.

Test aparan ekspertlər xərçəng hüceyrələrini aşkara çıxaran qurğunun köməyindən istifadə ediblər. Diaqnoz qoymaq üçün bir çay qaşığından da az qan kifayətdir. Texnologiyanın əsasını infraqırmızı şüalanma təşkil edir. Belə ki, məhz işıq xəstəlik orqanizmə yayılanadək insan qanında baş verən dəyişiklikləri müəyyən edir.

Xəstə insanların qanında bir çox molekullar ayrılır və nəticədə qan işığı sağlam insanın qanı ilə müqayisədə bir qədər başqa cür udur. Test artıq 200 pasiyent və yoxlama qrupu üzərində sınaqdan keçirilib. Testin dəqiqliyinin 90 faiz təşkil etdiyi sübut edilib.

Alimlər tədqiqat zamanı diqqəti əsasən ağ ciyər və yumurtalıqların xərçəngi üzərinə cəmləyiblər. Lakin onların sözlərinə görə, test onkoloji xəstəliklərin başqa növləri üzrə verilən tapşırıqların da öhdəsindən gələ bilir. Qeyd edildiyi kimi, əlavə kliniki sınaqlar yaxın 18 ay ərzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti