...

Bağırsaq sistemini gücləndirən xüsusi pəhrizlər

Maraqlı Materials 1 Mart 2012 16:52 (UTC +04:00)
Qış aylarında xəstəliklərdən qorunmaq və enerji itkisinə yol verməmək üçün orqanizmin müdafiəsinə diqqət yetirmək vacibdir.
Bağırsaq sistemini gücləndirən xüsusi pəhrizlər

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir X.Murtuzayeva/

Qış aylarında xəstəliklərdən qorunmaq və enerji itkisinə yol verməmək üçün orqanizmin müdafiəsinə diqqət yetirmək vacibdir. Bunun üçün bir sıra xüsusi pəhrizlərin saxlanması məsləhət görülür. Dietoloqlar bağırsaq sistemini gücləndirəcək xüsusi pəhrizlər təqdim edirlər. Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Belə ki, səhərlər zəncəfil, darçın, hil və limon dilimləri ilə dəmlənmiş ilıq suya 1 çay qaşığı şabalıd balı qarışdırıb içmək lazımdır. Yenə həmin gün 1 stəkan ev şəraitində hazırlanmış yoğurtun içərisinə 1 çay qaşığı kurkuma, zəncəfil, gicitkən toxumu, üzüm çəyirdəyi qarışdırıb için. Yüksək antioksidant təsirə malik kurkumanın aktiv tərkib hissəsi olan kurkumin zərərli molekulları məhv edərək bağırsaqları qoruyur. Zəncəfil də orqanizmi isidir, bağırsaqları mikroblardan qorumağa kömək edərək immun sistemini gücləndirir.

Soyuqlama zamanı bağırsaq sistemi zəifləyir, orqanizmdə maddələr mübadiləsi yavaşıyır. Bunun qarşısını almaq üçün hər zaman içdiyinizdən yarım litr daha çox su və bitki çayları içmək daha faydalıdır. Bu suyun bir hissəsinin limon dilimləri və ya ilıq şəkildə içilməsi xeyirlidir. Daha yaxşı təsir etmək üçün suya 1-2 xörək qaşığı meyvə suyu əlavə edə və ya meyvəli sodadan da yararlana bilərsiniz.

Orqanizmin infeksiyalara qarşı mübarizə vasitələri A, C və E vitaminləri, selenium və sink minerallarıdır

Bədəni bürüyən mikrobları məhv edən, enerji itkisini aradan qaldıran, toxluq hissi yaradan, insulin balansını qaydaya salan C vitamininin mənbəyi olan sitrus meyvələri, nar, kivi, qırmızı bibər pəhrizə əlavə edilməlidir. Bağırsaq sisteminin hüceyrələrini artıran A vitamininin mənbəyi isə kök, balqabaq, pomidor, ispanaq, yumurta, kahı, eləcə də hüceyrənin divarlarını bərkidən E vitamini ilə zəngin olan fındıq, badam, yer fıstığı, qoz, zeytun yağı, hind qozu yağına da yer ayrılmalıdır.

Xəstəliklərdən müdafiə qabiliyyətini artıran sinkə mal əti, quş əti, balıq, yumurta, süd, yoğurt, reyhan və qozda daha çox təsadüf edilir. Hüceyrə zədələnmələrinin qarşısını alan seleniumun mənbəyi olan ət, şokolad, balıq, süd məhsulları, dənli bitkilər və yumurtadan çox istifadə edilməlidir. Orqanizmin özünün ərsəyə gətirmədiyi üçün bədənə kənardan daxil olan yağ turşuları bağırsaqların güclənməsi üçün faydalıdır. Həftədə 3 dəfə qrildə, sobada və ya buğlamada bişən balıq dərisi soyularaq yeyilməlidir.

Sağlam yağlardan istifadə edilməlidir

Yüksək yağlı yeməklər immun sistemini zəiflətdiyi halda, tərkibində az yağ olan qidalar immun sistemini gücləndirir. Bunun üçün siz düzgün tərkibə malik və lazımi miqdarda yağlarla qidalanmalısınız. Yağ turşularının çatışmadığı qarışıq yağlardan mümkün qədər istifadə olunmamalıdır.

Qış aylarında günəşli günlərdə 15 dəqiqə gəzintiyə çıxmalı, qanın miqdarını nəzarətdə saxlayaraq qanazlığı zamanı bunun qarşısını almağa çalışmalısınız. Hər gün idmanla məşğul olun. Qeyd etmək lazımdır ki, idmanla məşğul olanların infeksiyalara yoluxma riski bunu etməyənlərə nisbətən 25 faiz daha azdır.

Orqanizmin müdafiə sistemini zəiflədən xəmir məmulatları, yağda qızardılmış yeməklər, ağır desertlərdən mümkün qədər uzaq olmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, daha çox stress, həddindən artıq spirtli içki içmək, siqaret çəkmək, yuxusuzluq, yorğunluq, kifayət qədər Günəç şüaları qəbul etməmək və idmanla az məşğul olmaq bağırsaqlara ziyan verən əsas amillərdir.

Xəbər lenti

Xəbər lenti