...

Çində dünyanın ən qəribə yaxtası inşa edilib (FOTO)

Maraqlı Materials 13 Aprel 2012 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend/

Çində tikintisi beş il davam edən və 15 milyon funt sterlinqə başa gələn yaxta suya buraxılıb. Yaxta çox qəribə görünüşə malikdir. Belə ki, Hollivud filmlərindəki kosmik gəmiləri xatırladır.

Qeyd edək ki, yaxtanın layihəsini "John Shuttleworth Yaxta Dizayn" şirkəti hazırlayıb. Onun inşası isə Zhu Ha bölgəsindəki "McConaghy" firması tərəfindən həyata keçirilib.

Trend-in məlumatına görə, yaxtanın uzunluğu 42 metr, eni 16 metrdir, çəkisi 52 tondur. O 22,5 dəniz mili sürəti ilə hərəkət edərək Londondan Nyu-Yorka qədər yanacaq doldurmadan gedə bilər. "Adastra" adlanan yaxta 6 ekipaj üzvü ilə birlikdə 15 yerlikdir. Göyərtəsində naviqasiya stansiyası və yemək masası olan lüks yaxtanın arxa hissəsində salon və bar yerləşir. Yaxtanın gövdəsi karbon lifindən, kabinəsi isə meşə ağaclarından hazırlanıb. Yaxtadakı xüsusi sistem onun 50 metrlik məsafədən idarə olunmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti