...

Şri-Lankada toyuq diri cücə doğub

Maraqlı Materials 20 Aprel 2012 10:42 (UTC +04:00)
Şri-Lankada toyuq kürt yataraq bala çıxarmaqla deyil, diri şəkildə cücə dünyaya gətirib.
Şri-Lankada toyuq diri cücə doğub

Azərbaycan, Bakı, 20 mart / Trend, müxbir X.Murtuzayeva/

Şri-Lankada toyuq kürt yataraq bala çıxarmaqla deyil, diri şəkildə cücə dünyaya gətirib. Trend-in məlumatına görə, bu barədə ВВС xəbər verib. Cücə sağlam və tamamilə formalaşmış doğulub. Lakin toyuq doğuş zamanı aldığı daxili zədələrdən ölüb.

Baytarların sözlərinə görə, 21 gün ərzində mayalanmış toxum hüceyrələrindən toyuğun cinsiyyət sistemi daxilində cücə inkişaf edib.

Diri doğan toyuq barədə xəbər yumurta və toyuq haqqında fəlsəfi paradoksla bağlı mövzunu lağa qoymaq üçün yerli KİV-ə bəhanə verib. Belə ki, qəzetlərdən biri bu xəbəri "Toyuq yumurtadan əvvəl yaranıb" başlığı ilə dərc edib.

Xatırladaq ki, toyuqlar dünyanı artıq dəfələrlə heyrətləndirə biliblər. Məsələn, 2009-cu ildə Hindistanın şimalında yumurtlayan toyuq yerli "Limki" rekordlar kitabına düşüb. Buna səbəb onun 162 qram çəkidə yumurta doğması olub. Bu nəhəng yumurta 5 santimetr diametrdə 10 santimetr uzunluğunda olub.

2008-ci ildə Yaponiyada toyuq nəhəng yumurta-matryoşka yumurtlayıb. Maraqlananlar 158 qram çəkisi olan yumurtanın içərisində nə olduğunu araşdırıblar. Yumurta sındırılarkən onun içərisində ikinci, özü də tam, amma daha kiçik ölçüdə yumurtanın olduğu aşkar edilib.

Xəbər lenti

Xəbər lenti