...

Məlum tarixi dəyişdirən kəşf

Maraqlı Materials 29 İyun 2012 14:16 (UTC +04:00)
Amerikalı arxeoloqlar Çinin cənubunda apardıqları arxeoloji qazıntılar zamanı dünyanın ən köhnə qazan parçalarını tapıblar.
Məlum tarixi dəyişdirən kəşf

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir X.Murtuzayeva/

Amerikalı arxeoloqlar Çinin cənubunda apardıqları arxeoloji qazıntılar zamanı dünyanın ən köhnə qazan parçalarını tapıblar. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən yazır.

"Science" jurnalında dərc olunan məqalədə, Çiyanzi vilayətinin Şianrendong mağarasında tapılan qazan parçalarının təxminən 20 min il yaşı olduğu bildirilir. Qazandan yemək bişirmək və mayalı içkilər hazırlamaq üçün istifadə edildiyi zənn olunur.

Qeyd etmək lazımdır ki, az müddət əvvələ qədər ilk çanaq və qazanların təxminən 10 min il əvvəl, yəni insan övladının babalarının köçəri həyatdan oturaq həyata keçərək əkinçiliklə məşğul olmağa başladıqdan sonra hazırlandığı hesab edilirdi. Beləliklə, bu nadir tapıntı gil qab istehsalına əvvəllər hesab edildiyindən 10 min il əvvəl ilk dəfə Çində başladığını sübut edib. Qədim qazanın 20 santimetr hündürlükdə və 15-25 santimetr diametrində olduğu güman edilir.

Xəbər lenti

Xəbər lenti