...

Nəyə görə hətta ən yaxın qohumlar bir-birinə bənzəmir?

Maraqlı Materials 22 İyul 2012 10:26 (UTC +04:00)
Genetiklər hətta ən yaxın qohumların belə bir-birlərinə bənzəməmələrinin səbəbini müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV “New Scientist”ə istinadən xəbər verir.
Nəyə görə hətta ən yaxın qohumlar bir-birinə bənzəmir?

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir X.Murtuzayeva /

Genetiklər hətta ən yaxın qohumların belə bir-birlərinə bənzəməmələrinin səbəbini müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV "New Scientist"ə istinadən xəbər verir.

Kaliforniyanın Stenford Univerditetinin mütəxəssislərinin gəldikləri nəticəyə görə, spermatozoidlərin heç də hamısı eyni deyil. Onlar spermatozoidlərin ayrı-ayrı hüceyrələrinin ilk genetik müqayisəli analizini aparıblar. Belə üsulla xərçəng və EKO üçün uyğun olan yumurta hüceyrələrini də araşdırmaq mümkündür.

Beləliklə, alimlər bir toxum nümunəsindən əldə olunan hüceyrələrini müqayisə ediblər.

Tədqiqat zamanı alimlər kanal və qapaqlarlan ibarət kvadratdan ibarət mikroskopik qurğudan (çipdən) istifadə ediblər. Materialdan nümunə həmin çipə düşəndə, spermatozoid hüceyrələrinin 91 faizi ayrı-ayrı bölmələrə paylanıb.

Məlumdur ki, insanda 23 cüt xromosom mövcuddur. Spermatozoid hüceyrəsi yarananda, xromosomlar hissələrə ayrılır. Bu təkrar birləşmə adlanır və bu zaman hüceyrələrdə müəyyən fərqlər meydana çıxır. Qismən bu səbəbdən qohumlar bir-birindən fərqlənirlər.

Alimlər tərəfindən keçirilmiş skan etmə təkrar birləşmənin məhz harada baş verdiyini anlamağa imkan verib. Məlum olub ki, təkrar birləşmə zamanı hüceyrələrdəki xromosomlar tamamilə gözlənilməz yerlərdə birləşirlər. Buradan əldə olunan nəticəyə görə, genetik yerdəyişmə hər bir hüceyrə üçün unikaldır. Buna görə də hətta yaxın qohumlar belə bir-birlərindən fərqlənirlər.

Xəbər lenti

Xəbər lenti