...

150 milyon il yaşı olan dəniz ilbizi misilsiz sərvəti özündə hifz edir

Maraqlı Materials 27 İyul 2012 12:11 (UTC +04:00)
Birtaniyalı balıqçılar yaşı təxmini hesablamalara görə, 150 milyon ilə yaxın olan istridyə (dəniz ilbizi) tapıblar.
150 milyon il yaşı olan dəniz ilbizi misilsiz sərvəti özündə hifz edir

Azərbaycan, Bakı, 27 iyul / Trend, müxbir X.Murtuzayeva/

Birtaniyalı balıqçılar yaşı təxmini hesablamalara görə, 150 milyon ilə yaxın olan istridyə (dəniz ilbizi) tapıblar. Tarixdən əvvəlki dövrə məxsus olan molyusk Solenta sahilləri yaxınlığında aşkar edilib. Balıqçılar onu yuduqdan sonra tapıntını mütəxəssislərə verməyi qərara alıblar. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Britaniyanın "Daily Mail" qəzetinə istinadən yazır.

Tapılmış molyuskun ölçüsü istridyələrin orta ölçüsündən təxminən on dəfə böyükdür. Alimlər onun yaşını ağacın yaşının müəyyən edilməsi prinsipi üzrə, yəni həlqələrlə müəyyən ediblər. Belə daşlaşmış molyuskların sayı 200-dən çoxdur, buna görə də tapıntını oxşarları arasında uzunömürlü hesab etmək lazımdır.

Lakin alimləri təkcə molyuskun yaşı narahat etmir. Maqnit-rezonans tomoqrafiya istridyənin içərisində qolf topu ölçüsündə "sirli dairəvi obyekt"in olduğunu göstərib. Mütəxəssislərin fikrincə, bu, dünyada ən qədim və ən iri mirvari ola bilər. Belə bir ehtimalın mövcudluğuna baxmayaraq, alimlər molyuskun tamlığının pozulmasından yaxud onun tamamilə dağılmasından ehtiyatlanaraq onu yarmağa tələsmirlər.

Xəbər lenti

Xəbər lenti