...

Türkiyədə siqaret qadağasına mobil cihazlarla nəzarət olunacaq

Maraqlı Materials 29 Avqust 2012 20:11 (UTC +04:00)
Türkiyədə qapalı məkanlarda siqaret qadağasına GPS-i dəstəkləyən mobil cihazlarla nəzarət ediləcək.
Türkiyədə siqaret qadağasına mobil cihazlarla nəzarət olunacaq

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir M.Salmanov/

Türkiyədə qapalı məkanlarda siqaret qadağasına GPS-i dəstəkləyən mobil cihazlarla nəzarət ediləcək. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü ölkənin səhiyyə naziri Rəcəb Akdağ bildirib.

Onun sözlərinə görə, bu metod siqaret qadağasını pozanlara qarşı mübarizədə ümumi işi daha da asanlaşdıracaq.

Məlumata görə, nazirliyin 184 mömrəli "qaynar xətt"inə siqaret qadağasının pozulması ilə bağlı məlumat daxil olan zaman həmin ərazi GPS vasitəsilə izləniləcək və sonra oraya ən yaxınlıqdakı xüsusi qrup göndəriləcək.

Yeni metod sentyabr ayından tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti