...

Keçmiş nişanlısı Şakiradan 45 milyon dollar kompensasiya tələb edir

Maraqlı Materials 6 Sentyabr 2012 17:41 (UTC +04:00)
Dünya şöhrətli Kolumbiya müğənnisi Şakiranın keçmiş nişanlısı onu məhkəməyə verərək həyatının ən yaxşı günlərini ona sərf etdiyinə görə 45 milyon dollar məbləğində kompensasiya tələb edib.
Keçmiş nişanlısı Şakiradan 45 milyon dollar kompensasiya tələb edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Dünya şöhrətli Kolumbiya müğənnisi Şakiranın keçmiş nişanlısı onu məhkəməyə verərək həyatının ən yaxşı günlərini ona sərf etdiyinə görə 45 milyon dollar məbləğində kompensasiya tələb edib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verib.

Müğənni ilə, demək olar, on il görüşən Argentinanın keçmiş prezidentinin oğlu Fernando de la Rua Antonio özünün maliyyə iddiasını şərh edərək bildirir ki, Şakira ilə birgə yaşadığı dövrdə özünün reklam agenti karyerasını zərbə altında qoyaraq sərfəli müqavilə və təkliflərdən imtina etməli olub. Halbuki onlar ona 200 milyon dollardan artıq gəlir gətirə bilərdilər. De la Rua bunu sevgilisinin agenti kimi özünü onun müğənni karyerasına həsr etdiyi üçün etdiyini bildirib.

Argentinalı ona vurulan ziyanın ödənişi qismində onların münasibətdə olduqları müddətdə qazanılan 250 milyon dolların 18 faizini, yəni 45 milyon dollar tələb etməyin tamamilə qanuni olacağını hesab edir.

Lakin keçmiş adaxlının iddiaları bununla bitmir. De la Rua onun Şakira ilə birlikdə aldıqları Uruqvaydakı mülkə və Nyu-Yorkdakı mənzillərə də maraq göstərir. Bu barədə "Colombia Reports" yazır.

Bu arada müğənninin vəkili bəyan edib ki, Şakira de la Rua ilə münasibətlərinin başlanğıcında imzaladıqları nikah müqaviləsinə oxşar razılaşmada şərt kimi qoyulmuş məbləğdən əlavə heç bir vəsait ödəməyə məcbur edilməyib.

Xatırldaq ki, Antonio de la Rua və Şakira iki il bundan əvvəl ayrılıblar. Hazırda müğənni "Barselona" futbol klubunun müdafiəçisi Xerar Pike ilə görüşür və ondan uşaq gözləyir. Mətbuatda yayılan xəbərə görə, o, körpəni 2013-cü il yanvarın sonlarında dünyaya gətirəcək. Çox güman ki, doğulacaq körpə oğlan olacaq. Şakira və Pike onun adını Ulisito qoymaq fikrindədirlər.

Şakira İsabel Mübarək Ripoll 1977-ci il fevralın 2-də Kolumbiyanın Barrankilya şəhərində anadan olub. O, pop musiqisi tarixində nisbətən daha uğurlu statusa malik Latın Amerikası müğənnisi hesab edilir. İndiyədək onun mahnılarından ibarət 60 milyondan artıq disk satılıb.

Bundan başqa, Şakira çoxlu sayda musiqi mükafatları ilə qürrələnə bilər. Onların arasında 2001-ci ildə layiq görüldüyü ən yaxşı Latın Amerikası pop albomuna görə ABŞ-ın ən nüfuzlu "Qremmi" mükafatı da var. Mükafat ona Latın Amerikası Səsyazma Akademiyası tərəfindən verilib. 2011-ci ildə ifaçı Hollivudun məşhur Şöhrət Xiyabanında adlı ulduza layiq görülüb.

Xəbər lenti

Xəbər lenti