...

Qeyri-adi toz meyvə və tərəvəzlərin tam əvəzi olmağı vəd edir

Maraqlı Materials 19 Oktyabr 2012 13:34 (UTC +04:00)
İspaniyanın Valensiya Universitetinin alimləri məhsulların quru dondurulması üsulunu hazırlayıblar. Bu üsul bütün faydalı xassələrini saxlamaqla onları toza çevirməyə imkan verir.
Qeyri-adi toz meyvə və tərəvəzlərin tam əvəzi olmağı vəd edir

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

İspaniyanın Valensiya Universitetinin alimləri məhsulların quru dondurulması üsulunu hazırlayıblar. Bu üsul bütün faydalı xassələrini saxlamaqla onları toza çevirməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i Britaniyanın "Daily Mail" qəzetinə istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, tərəvəz və ya meyvə yemək istəmədikdə belə tozu südə, suya əlavə etmək, məhsulların üzərinə səpmək olar. Bu, qidalandırıcı maddələrin gündəlik normasının ödənilməsinə kömək edən əlverişli üsuldur. Yeri gəlmişkən, ÜTT 2-ci tip diabet, insult, ürək xəstəlikləri və piylənmə riskinin azaldılmasından ötrü gündə minimum 400 qram meyvə və tərəvəz yeməyin lazım olduğunu tövsiyə edir.

Alimlərin toza çevirdikləri ilk meyvələr qreypfrut, kivi və çiyələk olub. Bu məhsullar tərkiblərində böyük miqdarda su olmasına görə seçilib. Dad keyfiyyətlərinə gəldikdə isə, bu toz çox yeyilməsi mümkün olmayan və kəskin dadı olan meyvələr üçün ideal variantdır. Eləcə də bir çox meyvə və giləmeyvələri yalnız müəyyən mövsümdə yemək mümkündür. Təzə meyvələri isə tozdan fərqli olaraq, uzun müddət saxlamaq mümkün deyil.

Məsələn, təzə qreypfrutun 100 qramından 10-15 qram toz əldə olunur. Əgər o 85 millilitr suya əlavə olunarsa, bu zaman para qreypfrutdan əldə olunan şirənin yarısı alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti