...

“Güzgü” əlləri həyatını xilas etdi

Maraqlı Materials 5 Noyabr 2012 10:03 (UTC +04:00)
İngiltərədə İtan Börn adlı uşaq hər iki əli ilə eyni vaxtda eyni işi görə bilməsi qabiliyyəti kəşf edildikdən sonra müayinə üçün xəstəxanaya aparılır.
“Güzgü” əlləri həyatını xilas etdi

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir X.Murtuzayeva/

İngiltərədə İtan Börn adlı uşaq hər iki əli ilə eyni vaxtda eyni işi görə bilməsi qabiliyyəti kəşf edildikdən sonra müayinə üçün xəstəxanaya aparılır. Burada onda xərçəng hüceyrələri aşkar edilir. 4 yaşlı uşaq erkən təyin edilən diaqnoz sayəsində həyata qayıdır. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir.

Anası Orne İtan oğlunun bu qabiliyyətini hələ dörd aylıq olarkən müəyyən etmişdi. Belə ki, uşağın bir əli ilə nə edirsə, o biri əli də eyni hərəkəti yerinə yetirir. O eyni anda həm sağ, həm də sol əli ilə şəkil çəkə bilir. Ailəsi İtanın bu maraqlı bacarığının səbəbini öyrənmək üçün həkimə müraciət etdikdə çox qorxunc bir xəbər alır.

Kompüter tomoqrafiya müayinəsi zamanı İtanda retinoblastoma xəstəliyi aşkara çıxır. Onun sol göz almacığının arxasında xərçəng hüceyrələri var idi. Ötən ilin aprel ayında başa çatan kimya, lazer terapiyası sayəsində onun həyatını xilas etmək mümkün olub. Anasının sözlərinə görə, "güzgü" əllərlə doğulduğuna görə İtanın bəxti çox gətirib. "Əgər kompüter tomoqrafiyası olmasaydı, xərçəng aşkara çıxınca çox güc olacaqdı: İtanı "güzgü" əlləri xilas etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti