...

Həyatda ən çox yaşanan peşmanlıqlar

Maraqlı Materials 27 Noyabr 2012 19:31 (UTC +04:00)
Britanyada aparılan yeni bir araşdırma nəticəsində insanların həyatda ən çox keçirdikləri peşmanlıq hissləri müəyyən edilib.
Həyatda ən çox yaşanan peşmanlıqlar

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Britanyada aparılan yeni bir araşdırma nəticəsində insanların həyatda ən çox keçirdikləri peşmanlıq hissləri müəyyən edilib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir.

Tədqiqat zamanı əldə olunan nəticələr aşağıdakıardır:

1. Az səyahət etmək və dünyada daha az yer görmək.
2. Keçmiş dostlarla görüşməmək.
3. İdmanla çox az məşğul olmaq.
4. "Qara gün" üçün kifayət qədər pul toplamamaq.
5. Siqaret çəkmək.
6. Dərslə daha az məşğul olmaq.
7. Karyera seçimi.
8. Həyat yoldaşını səhv seçməklə itirilən illər.
9. Qeyri-sağlam qidalanma.
10. Baba və nənələr ölməzdən əvvəl onların həyatları ilə çox az maraqlanmaq.
11. Əcnəbi dili düzgün şəkildə öyrənməmək.
12. Ailə və dostlarla az vaxt keçirmək.
13. Ölməzdən əvvəl qohumlara onları sevdiyini söyləməmək.
14. Həddindən artıq spirtli içki içmək.
15. Həyatdakı çətinliklərin öhdəsindən gələ bilməmək.
16. Hər hansı bir müsiqi alətində düzgün çalmağı öyrənməmək.
17. Birinə aşiq olub onunla macəra yaşamamaq.
18. Təhsil həyatında səhv mövzular seçmək.
19. Bir qoluzorluya qarşı durmamaq.
20. Təhsil həyatına bir il fasilə vermək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti