...

Anomal soyuqlar qlobal istiləşmənin əsas əlamətidir

Maraqlı Materials 15 Yanvar 2013 17:44 (UTC +04:00)
Son vaxtlar planetin müxtəlif bölgələrində tez-tez rast gəlinən anomal soyuqlar heç də qlobal istiləşmə nəzəriyyəsinin yanlış olması anlamına gəlmir. Şaxtalar sadəcə gələcək iqlim dəyişikliklərindən xəbər verir. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Anomal soyuqlar qlobal istiləşmənin əsas əlamətidir

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Son vaxtlar planetin müxtəlif bölgələrində tez-tez rast gəlinən anomal soyuqlar heç də qlobal istiləşmə nəzəriyyəsinin yanlış olması anlamına gəlmir. Şaxtalar sadəcə gələcək iqlim dəyişikliklərindən xəbər verir. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.

ABŞ-da dərc olunan "Laiv sayens" jurnalının yazdığına görə, Yaxın Şərqdə qarın yağması, bu qış Kaliforniyada müşahidə olunan güclü şaxtalar Yer kürəsində temperaturun artması şəraitində tamamilə mümkündür. Alimlərin fikrincə, qlobal istiləşmə zamanı Yer kürəsinin qış fəslinin soyuq keçdiyi regionları hələ ki əvvəlki kimi şaxtalarla rastlaşacaqlar. Bununla yanaşı, iqlimin dəyişməsi zamanı hava anomaliyaları daha tez-tez baş verəcək. Halbuki əvvəllər belə hava şəraiti nadir hallarda baş verirdi.

İqlimşünasların fikrincə, güclü şaxtalar və qar yağması Yer kürəsində istiləşmə ilə izah olunur. Belə ki, ilıq hava rütubəti soyuq havadan daha çox özündə saxlayır. Bunun da nəticəsində kifayət qədər aşağı temperatur zamanı "ilıq iqlimli ərazilərdə qış güclü qarlarla müşayiət olunur".

Ümumilikdə, planetdə temperatur yüksəlməkdə davam edir. Yer səthinin böyük hissəsində hərarət yüzilllik ərzində nəzərəçarpacaq dərəcədə artacaq. "Və əgər biz yanacağın mədən növlərini yandıraraq istixana qazlarının konsentrasiyasının artımı hesabına planeti qızdırmağa davam edəcəyiksə, onda bizi ciddi mənfi nəticələr gözləyir", - alimlər xəbərdarlıq edirlər.

Əgər hazırda Avstraliyada baş verən güclü yanğınlar, keçən yay ABŞ-dakı isti hava şəraiti nəzərə alınsa, ümumi istiləşmənin və temperatur rekordlarının kəskin artımını görmək mümkündür. Alıimlərin fikrincə, bütün bunlar iqlim dəyişikliklərinin havaya təsirinin simptomlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti