...

Avstraliyada həcmi Səudiyyə Ərəbistanının neft ehtiyatına bərabər olan yataq aşkar edilib

Maraqlı Materials 24 Yanvar 2013 18:30 (UTC +04:00)
Avstraliyada həcmi Səudiyyə Ərəbistanının neft ehtiyatına bərabər olan qara qızıl yatağı aşkar edilib.
Avstraliyada həcmi Səudiyyə Ərəbistanının neft ehtiyatına bərabər olan yataq aşkar edilib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Qəzvini/

Avstraliyada həcmi Səudiyyə Ərəbistanının neft ehtiyatına bərabər olan qara qızıl yatağı aşkar edilib. Bu barədə Trend "Russia Today"ə istinadən məlumat verir.

Avstraliya şirkətləri iddia edir ki, onların aşkarladığı neft yatağı kifayət qədər enerji ehtiyatına malikdir. Yerli mütəxəssislərin qənaətinə görə, bu göstərici ilə Avstraliyanı potensial olaraq Səudiyyə Ərəbistanı ilə eyni sıraya qoymaq olar.

Brisben şəhərində tədqiqat aparan "Linc Energy" şirkəti yerli və tanınmış firmaların araşdırmalarının nəticəsini rəhbər tutaraq belə bir qənaətə gəlib. Rəqəmlər 103-dən 233 milyard barel həcmində dəyərləndirilir. Bu isə 263 milyard barel neft ehtiyatı ilə dünyada liderliyini saxlayan Səudiyyə Ərəbistanının göstəricisinə yaxın rəqəm hesab edilir.

Eksperlərin fikrincə, bu halda Avstraliya tam enerji asılılığından azad ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti