...

ABŞ ordusunda yenilik: Qadınlar ön cəbhədə

Maraqlı Materials 24 Yanvar 2013 20:28 (UTC +04:00)
ABŞ-ın müdafiə naziri Leon Panetta qadınların cəbhədə, döyüş bölgələrində iştirak qadağasını ləğv edib.
ABŞ ordusunda yenilik: Qadınlar ön cəbhədə

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

ABŞ-ın müdafiə naziri Leon Panetta qadınların cəbhədə, döyüş bölgələrində iştirak qadağasını ləğv edib.

Trend-in cümə axşamı Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Panettanın yeni qərarına əsasən, ABŞ ordusunda xidmət edən qadın əsgərlər ön cəbhədə, döyüşlərdə iştirak edə biləcəklər.

Xatırladaq ki, 1994-cü ildə amerikalı qadın əsgərlərin cəbhədə ön sıralarda xidmət etməsi qadağan edilmişdi. 1 milyon 400 min nəfərlik ABŞ ordusunun 14 faizini qadın əsgərlər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti