...

Britaniya lordları parlamentdəki qidalanmadan narazıdırlar

Maraqlı Materials 3 Fevral 2014 20:21 (UTC +04:00)
Böyük Britaniyanın Lordlar Palatasının bir çox üzvü parlamentdəki yeməkxananın menyusundan və göstərilən xidmətdən narazılıq edirlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın "Independent" qəzetinin sorğusu əsasında əldə edilən nəticədən məlum olub.
Britaniya lordları parlamentdəki qidalanmadan narazıdırlar

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Böyük Britaniyanın Lordlar Palatasının bir çox üzvü parlamentdəki yeməkxananın menyusundan və göstərilən xidmətdən narazılıq edirlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın "Independent" qəzetinin sorğusu əsasında əldə edilən nəticədən məlum olub.

Parlamentdə qida və içkilərin qiymətinin ucuz olmasına baxmayaraq, bir çox parlamentarilər qidaların keyfiyyətindən və xidmət göstərən heyətin işindən razı deyillər.

Lordların şikayətləri müxtəlifdir. Onlardan biri səhər menyusunda yer fındığı yağının olmamasından, digəri isə yeməkxana əməkdaşlarının yetərli diqqət göstərmədiyini əsas gətirərək az sayda balıq sousu və kartof verdiklərindən şikayətlənir.

Rəyi soruşulanlar arasında yeni menyunun xarici görünüşündən narazılıq edənlər də olub. Menyu əvvəllər nazik kartoçkalar şəklində idi, hazırda isə standart menyu qovluqlarıdır. Lordlardan biri yeməkxanada masaların yerinin dəyişdirilməsindən, digəri isə normal kappuçinonun tapmağın müşkül məsələyə çevrilməsindən məyusluğunu gizlətməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti