...

Yer kürəsində maqnit qasırğası başlayıb

Maraqlı Materials 19 Fevral 2014 16:44 (UTC +04:00)
Yer kürəsində maqnit qasırğası başlayıb. Yerətrafı orbitdə mülayim qasırğa müşahidə olunur. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.
Yer kürəsində maqnit qasırğası başlayıb

Azərbaycan, Bakı, 19 fevral / Trend/

Yer kürəsində maqnit qasırğası başlayıb. Yerətrafı orbitdə mülayim qasırğa müşahidə olunur. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Rusiya Hidrometeorologiya İdarəsinin Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, ötən gecə Günəşin görünən diskində ləkələrin səkkiz qrupu müşahidə olunub.

Məlumatda deyilir ki, ardıcıl orta güclü partlayışlar qeydə alınıb. Yer kürəsinin maqnit sahəsi sakitdən zəifə qədər dəyişib.

Yaxın günlərdə geomaqnit qasırğası davam edəcək, cümə günü də müşahidə olunacaq. Fevralın 20-də geomaqnit sahəsinin sakitdən daimi olmayana qədər dəyişəcəyi gözlənilir, radiasiya vəziyyəti sakit olacaq. Günün ayrı-ayrı saatlarında radioəlaqənin kəsilməsi mümkündür.

Geomaqnit fonda sapmalar meteohəssas insanların, ilk növbədə, ürək-damar xəstəlikləri olanların əhvalının pisləşməsinə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti